Makale kategorisi: Xəbərlər

Bu şokolad Azərbaycana Ermənistandan gətirilir - Şok faktlar

Bu şokolad Azərbaycana Ermənistandan gətirilir - Şok faktlar
Bu şokolad Azərbaycana Ermənistandan gətirilir - Şok faktlar
Bu şokolad Azərbaycana Ermənistandan gətirilir - Şok faktlar

“Ferrero” şirkətinin istehsal etdiyi “Raffaello” şokolodlarının Ermənistandan Azərbaycana idxal edilməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, müştərilər marketdən sözügedən şokoladı alarkən rus dilində yazılan etiketdə idxalçı ölkə kimi Ermənistanın adının yazıldığını görüblər. Azərbaycan dilindəki etiketdə isə idxalçı ölkə kimi Azərbaycanın və şirkətin adı qeyd olunmayıb. Bir neçə marketdəki qutuların üzərinə əlavə stiker yapışdırılıb və idxalçının “Engin LTD” adlı şirkət olduğu vurğulanıb. İstehlakçılar isə Ermənistandan Azərbaycana mal idxal olunmasından narahat olduqlarını dilə gətiriblər.

“Qafqazinfo” əməkdaşları da bir sıra supermarketlərdə olub və vəziyyəti müşahidə edib. Həqiqətən də məlum olub ki, qutuların arxa hissəsinə ayrıca stiker yapışdırılıb, rus dilində isə idxalçı ölkə kimi Ermənistanın adı qeyd olunub.

“Qafqazinfo” məsələ ilə bağlı “Engin LTD” şirkətinin Xarici əlaqələr üzrə direktoru Leyla Seyidzadə ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Azərbaycana Ermənistandan mal idxal olunması düzgün deyil: “ Çünki dövlət təhlükəsizliyi ilə bağlı olaraq Azərbaycana Ermənistandan birbaşa məhsul idxal oluna bilməz. Biz rəsmi şirkətik. “Ferroro” şirkətinin 2003- cü ildən etibarən Azərbaycanda eksklüziv distrübyutoru kimi çalışırıq.

Rus dilindəki etiketdə Ermənistanın adının qeyd olunmasının bir səbəbi var. Ermənistanla Rusiya eyni gömrük assosiasıyasının üzvüdürlər. Buna görə də rus dilində yazılıb. Amma yazılanlar o deməkdir ki, “Slav Qrup” adlanan şirkət yalnız Ermənistan ərazisində “Raffaello” məhsulunu satır. Azərbaycanda isə “Engin” şirkəti olaraq biz distrübyutoruq. Biz də onu Ermənistandan deyil, Polşadan, İtaliyadan idxal edirik. Məhsulun üzərinə ona görə stiker yapışdırılıb ki, bəzi məlumatlar əvvəlcədən etiketdə göstərilməyib. Ona görə də əlavə məlumatlar stiker vasitəsilə qeyd olunub.

Biz o rus dilində olan etiketi bağlayıb üzərindən başqa bir məlumat qoymuruq. Bu cür vəziyyət bir neçə dəfə mövcud olub. Bəzən elə olub ki, etiketin üzərində Azərbaycan dili olmayıb, ona görə də əvvəlcədən bazara satmamışdan qabaq malların üzərinə stikerlər vurmuşuq.

“Engin LTD” şirkətinin sonradan yapışdırdığı stiker

Biz bütün partnyorlarımıza malların üzərində hansı məlumatların yazılacağı ilə bağlı məlumatları göndəririk. Bu dəfə isə bəzi partiya mallarda xətaya yol verilib. Biz Polşadan idxal etmişik. “Ferroro” şirkətinin bir neçə ölkədə zavodları var. Bu bir loqistika məsələsidir.

Hazırda stikerləşmə prosesindəyik. Amma bazardan yığışdırılmaq üçün əsas yoxdur. Yanlış başa düşülən məlumatdır. Yalnız rus dilində olan etiketdə idxalçı ölkə olaraq Ermənistanın adı qeyd olunub. Gürcü dilində isə qeyd olunmayıb. Rus dilində qeyd olunmasının isə səbəbini izah etdim”.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlak bazarlarına nəzarət xidməti şöbəsinin müdiri Fazil Vəliyev “Qafqazinfo” ya açıqlamasında bildirib ki, istehlakçıların bununla bağlı şikayətləri varsa “Qaynar Xətt”ə müraciət etsinlər: “Bundan sonra biz adıçəkilən şokolodın markalanması ilə bağlı problem varsa, monitorinqlər apara bilərik. Ümumiyyətlə isə, biz təsdiq olunmuş qrafikə uyğun olaraq marketlərdə monitorinqlər aparırıq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, etiketdə xaricdə idxalçı ölkə olaraq Ermənistanın adı yazılırsa, belə çıxır ki, mal Ermənistandan Azərbaycana idxal olunub: “Bu da yol verilməzdir. Sonradan stikerin yapışdırılmasının isə əsası yoxdur. Bununla belə, mən birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarıyam. Lakin Ermənistandan bizə idxalın tərəfdarı deyiləm. Ancaq üçüncü ölkə vasitəsilə Ermənistandan Azərbaycana mal gələ bilər. Tbilisidə hər gün azərbaycanlılarla ermənilər görüşür. Ermənistanın kənd təsərrüfatı malları da Gürcüstan vasitəsilə Azərbaycana gəlir. Ancaq Azərbaycanla Ermənistan arasında ticarət tərəfdaşlığı yoxdur. Bu məsələdə biznes qurumları ehtiyatlı olsunlar. Ermənistana idxal olunmuş məhsulun bizə gəlməsi prosesi dayandırılsın. Qanunda yazılıb ki, yalnız körpə qidalarının üçüncü ölkədən Azərbaycana idxalı qadağandır. Birbaşa istehsalçıdan daxil olmalıdır. Qanunda isə “Ermənistandan Azərbaycana mal idxal oluna bilməz” maddəsi yoxdur. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına uzun illərdir üzv olmamasının səbəbi odur ki, Ermənistandan Azərbaycana mal idxal olunmasın”.

Qeyd edək ki, “Engin LTD” şirkəti “Ariel”, “Tide”, “Pampers”, “Pantene”, “Gillette”, “Head and shoulders”, “Discreet”, “Fairy”, “Always”, “Safeguard”, “Lenor”, “Oral-b” “ Blendamed”, “ Bonux” , “Ace” , “ Comet”, “ Nutella” “ Tat”, “ Solo”, “Selpak” , “Kinder” və. s kimi onlarla məhsulun ölkəmizdə distrübyutorudur.

Oxşar Xəbərlər

Şərhləri

  • #1
  • 17 noyabr 2016 12:38
  • Yazan: Jike
Most resale companies don't have return policies as generous as those of regular retail stores, so it's important to familiarize yourself with the rules of any particular site before you buy. Some sites only offer store credit for returns unless a longchamp outlet bag turns out to be significantly different than it was described on the site (or an under-the-radar fake), and for multi-vendor sites, the return policies can vary by seller.
The best place start with any pre-owned purchase is with gathering information about what the fendi outlet bag would have been like brand new, including its price. Because of the number of resale sites that have popped up in the past couple of years, many popular bags will be available at pre-owned prices in multiple locations, and many of them will not disclose the bag's original retail value alongside their own pricing. Buying pre-owned bags can often set you up for a good deal, but if the fendi outlet uk bag you want was very hard to get at original retail, you can expect to find a significant markup.
  • #2
  • 19 dekabr 2016 10:56
  • Yazan: Benjamin
“Due to boxlike trading altitude over Replica Handbags the Christmas aeon which saw cogent discounting beyond the market, Mulberry has accomplished lower than accepted UK retail sales which, calm with broad adjustment cancellations from Korea, will abnormally appulse our accumulation this year,” Bruno Guillon, Mulberry’s CEO, commented. The aggregation has enjoyed years of arising one It bag afterwards another, but says it suffered over the anniversary division due to appraisement antagonism and a cogent bulk of Chanel Replica handbags annulled broad orders from Korean customers. All-embracing retail sales, which the aggregation has put abundant of its assets into in 2016, are accepted to be up 40 percent compared with endure year, Mulberry says.
Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu girin: *