Makale kategorisi: Maraqlı, Video

Məktəbə getmək əvəzinə avtobusunda konduktorluq edir (video)

Məktəbə getmək əvəzinə avtobusunda konduktorluq edir (video)


Az yaşlı uşaq sərnişin avtobuslarının birində konduktorluq edir. İndi təqdim edəcəyimiz görüntülər Bakıdakı avtobusların birində çəkilib. Bu görüntülər uşaq əməyindən istifadəni bir daha gündəmə gətirir. Bakı Nəqliyyat Agentliyi belə hallara yol verən daşıyıcılara sərt xəbərdarlıq edib.
Təxminən 8-10 yaşı olan uşaq avtobusda konduktor edir. O, avtobusun ön hissəsində şitin üzərində oturaraq minib- düşənlərdən pul alır.
Görüntülər paytaxtda, sərnişindaşıma ilə məşğul olan 60 nömrəli avtobusda çəkilib. Təhsildən yayınan uşağın təhlükəsizliyi qorunmamaqla yanaşı, həm də onun əməyindən istifadə edilir.
Məsələni araşdırmaq üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, həmin görüntülər 60 nömrəli avtobusda çəkilməyib. Ümumiyyətlə isə heç vaxt bu avtobuslarda az yaşlıların əməyindən istifadə edilmir.
Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələndirmə və Marifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirir ki, həmin görüntülərin hansı avtobus xəttində çəkildiyinin müəyyən etmək üçün artıq agentlik araşdırmaya başlayıb.
Mais Ağayev deyir ki, mütəmadi olaraq agentlik daşıyıcı şirkətlərə bu baradə xəbərdarlıq edir.
Belə hallara hansı sərnişin avtobusunda yol verilərsə, agentlik bununla bağlı tədbirlər görəcək.


Oxşar Xəbərlər

Şərhləri

  • #1
  • 8 oktyabr 2017 22:13
  • Yazan: jenny
You can see that here is the free google play code generator here when you can look for the free
Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu girin: *