Bill Qeyts milyardlarını necə xərcləyəcəyini açıqlayıb (foto)
60 yaşlı Bill Qeytsin var-dövləti 80 milyard dollardan çoxdur. Heyrətləndirici deyil ki, “Forbes” jurnalı dəfələrlə bu şəxsi planetin ən varlı insanı adlandırıb. Həyat yoldaşı və üç övladı olan Qeyts bu yaxınlarda verdiyi müsahibə zamanı var-dövlətini necə bölüşdürəcəyini söyləyib.
Bill Qeytsin həyat yoldaşının adı Melinda, övladlarının isə Cennifer (20 yaş), Rori (17 yaş) və Fibidir (14 yaş). Cennifer hazırda prestijli Stenford Universitetinin ikinci kursunda təhsil alır, bundan başqa atçılıq idman növü ilə məşğul olur və yarışlarda iştirak edir. Rori və Fibi isə məktəblidirlər və Sietlın ətraf ərazisində valideynləri ilə birgə yaşayırlar.
Qeyts və həyat yoldaşı artıq uzun illərdir ki, xeyriyyəçiliklə məşğul olurlar və buna görə, hətta Bill və Melinda Qeyts Fondunu təsis ediblər. Fondun başlıca məqsədi inkişaf etməkdə olan ölkələrdə səhiyyə və təhsil səviyyəsinin yaxşılaşdırılmasıdır. Biznesmen 1994-cü ildən bəri ümumilikdə xeyriyyə məqsədlərinə təxminən 36 milyard dollar xərcləyib.
Qeytsin ölümündən sonra da 80 milyardlıq var-dövlət övladlarına deyil, xeyriyyə fondun çatacaq. Biznesmen uşaqların bu qərarı tam dəstəklədiklərini və ataları ilə qürur duyduqlarını iddia edir. Bill milyardlar əvəzinə iki qızı və oğluna mümkün ən yaxşı təhsili verir. Məqsəd isə onların gələcəkdə özlərinin yol tapa bilməsi, ata mirasına arxayın olmamalarıdır.
Təbii ki, övladları tam pulsuz qalmayacaq, lakin təqdim ediləcək məbləğ şəxsi yol axtarmağa və karyera qurmağa vadar edəcək. Son məlumata əsasən, söhbət hər bir uşağa veriləcək 10 milyon dollardan gedir.
“Övladlarınıza böyük pullar qoyaraq gedirsinizsə, bununla onlara yalnız ziyan vurmuş olursunuz. Bu onlara doğru istiqamətdə inkişaf etməyə imkan vermir”- deyə Qeyts söyləyir.