» » 2011-ci ilin ən yaxşı müğənniləri.
2011-ci ilin ən yaxşı müğənniləri.

Dünyanın ən nüfuzlu musiqi jurnallarından biri "Billboard" 2011-ci ilin ən yaxşı müğənnilərini seçib.

Milli.Az xəbər portalı bildirir ki, "2011-ci ilin ən yaxşı müğənniləri" reytinqinin lideri britaniyalı Adeldir. 23 yaşlı müğənniyə həsr olunmuş məqalə "2011-ci il Adelin ilin oldu" sözləri ilə başlayır.

"Billboard"un "İlin albomu" adlandırdığı "21" albomu satışa çıxandan sonra Adelin bu mahnılar toplusu dünyada 13 milyon tirajla satılıb.

"2011-ci ilin ən yaxşı 100 mahnısı" reytinqinə bu albomdan "Rolling in the Deep" mahnısı liderlik edir.

"Billboard" reytinqində R&B və hip-hop kateqoriyasında liderlər Lil Ueyn və Niki Minaj, ən yaxşı rok-qrupların siyahısının liderləri isə "Mumford & Sons", "Foster the People" və "Coldplay"dir.

"Billboard" jurnalının "2011-ci ilin ən yaxşı musiqiçiləri" reytinqinin ilk onluğu belədir:

1. Adel
2. Rianna
3. Keti Perri
4. Ledi Qaqa
5. Lil Ueyn
6. Bruno Mars
7. Niki Minaj
8. Teylor Svift
9. Castin Biber
10. Kris Braun.

File engine/modules/thanks.php not found.
Capa ver

AKTİV
Xəbərlər: 11
Şərhlər: 192
MoneTa  -   -  18 dekabr 2011 12:31
 
1
burda 1 şikayət qutusu olsaydı yazardım ki, besdirin də hər yerdə gedən maraqsiz xeberleri verirsiniz


--------------------  imza  ------------------

Pul əl çirkidisə, kim istəyər əli təmiz olsun?

İstifadəçi Offline

Imperator
Xəbərlər: 485
Şərhlər: 11423
IMPERATOR ATILLA  -   -  18 dekabr 2011 14:49
 
2
maraqlidi------


--------------------  imza  ------------------

Pulunla şərəf qazanma şərəfinlə pul qazanki, pulun qutardığında şərəfin qutarmasın.
atli8

İstifadəçi Offline
alert İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.