Bu gün - su çərşənbəsidir » WwW.BizimERA.Tv




 


 


WwW.BizimERA.Tv - Bizim ERA Production » Müxtəlif » Bu gün - su çərşənbəsidir

Bu gün - su çərşənbəsidir

Bu gün - su çərşənbəsidir

Dumandan, çovğundan, soyuqdan isti ölkələrə qanadlanan müxtəlif quşlar Bakı bulvarında sığınacaq tapdı. Günlər quş kimi qanadlanaraq bizi yaza doğru aparmaqdadır. Hava nə qədər soyuq keçsə də, qış nə qədər sərt görünməyə çalışsa da, qarşıdan qədim və milli bayramımız olan Novruz gəlməkdədir. Bineyi-qədimdən Novruz bayramını bolluq, bərəkət, firavanlıq simvolu kimi qarşılayaraq əzizləyiblər. Xalq deyimlərində qış əsasən üç çillədən ibarətdir. Deyilənlərə görə, birinci - Böyük Çillə qışın başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük Çillənin yarısı sayılan və qışın "Oğlan çağı" adlanan Kiçik Çillə isə fevralın iki ongünlüyüdür. Kiçik Çillə bitəndən sonra Novruz bayramınacan olan vaxta isə Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu, yağışlı, küləkli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Maraqlıdır ki, bu il bahar Azərbaycana tez qədəm atacaq, yəni, Novruz bayramı martın 20-nə təsadüf edir. Bu bayramdan öncə dörd çərşənbə axşamı qeyd edilir. Nadir baş verən hadisədir ki, bu il çərşənbələrin ikisi fevral ayına, ikisi də marta düşür.

Etiqada görə, Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il Su çərşənbəsi fevralın 21-nə düşür. İnama görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur:

Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış, yaxşılıq eylə,
Nə çıxar yamanlıqdan.

Su çərşənbəsi ilə bağlı müxtəlif ayin və etiqadlar da var. Həmin gün su kənarında, bulaq başında dayanan insanlar ürəklərindən keçənləri suya söyləməli, onun duru aynasından, qırçınlı ləpələrindən niyyətlərinin hasil olmasını arzulamalıdırlar. Suyun qüdrətinə inananlar adətən, nikbin təbiətli olurlar. Söyləyirlər ki, ən pis qorxulu yuxunu da suya danışsan xeyir taparsan. Ta qədimlərdən nənələrimiz suya baxaraq dodaqaltı pıçıldayarmışlar: "Suyun bəndinə qurban, belə hər fəndinə qurban..." Su gələn yerlərə birlik gələr, bar-bəhər göyərər. Susuz çöllərin sinəsi cadar-cadar olar. Su olan yerdə həyat var, hətta ən gözəl qıza da tərif deyəndə onu su pərisinə, su sonasına bənzədərmişlər.

Su ilə bağlı atalar sözləri də maraqlıdır. Bu hikmət boğçasında diqqətçəkən müqayisələr var: "Suda boğulan saman çöpündən yapışar", "Suyun lal axanı, adamın yerə baxanı", "Su bardağı suda sınar", "Su axar çuxurun tapar". İnanclar da minillərin sınağından çıxıb. Ona görə də insanlar həmişə özünü doğrultmuş müdrik fikirlərə inam bəsləyərlər: "Qaynar suyu yerə tökməzlər", "Yuxuda su görmək aydınlıqdır", "Su içərkən adamı ilan da çalmaz", "Qonşunun suyunu kəsməzlər", "Su içəni qəfil vurmazlar", "Susuza su verməmək günahdır", "Ayaq üstə su içməzlər", "Odu su ilə söndürmək günahdır", "Yol böyüyündür, su kiçiyin", "Səfərə çıxanın arxasınca su atarlar". Alqışlar da maraqlıdır: "Sucan ömrün olsun", "Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Axar murdar götürməz". Böyük Nizami onu da deyirdi ki: "Sözün də su kimi lətafəti var".

Su fallarına görə Su çərşənbəsi insanlar bulaqdan evə su gətirərlər. Buna el arasında "lal su" deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca görə, bu suyun özgə hikməti var. Onu bir neçə piyaləyə töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına bərabər aydan, ildən sonra gəlin köçəcək. Su fallarının hər bir bölgədə özünəməxsusluğu var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, deməli, sevgililər bir-birinə tezliklə qovuşacaqlar.
Bu gün - su çərşənbəsidir
Hətta qədim təbabətimizdə də su ilə bağlı maraqlı məsləhətlər var. Su çərşənbəsində övladı olmayan qadının başından qırx cam su töksən, niyyətin hasil olar. Qorxan adamın Su çərşənbəsində başından su atsan, qorxusu keçər. Qədimdən üzü bəri səksənən, qorxan adama adətən, su içirdərlər. Bayılan insanın üzünə su çiləsən özünə gələr.

Təbiətdə müalicəvi əhəmiyyəti olan sular da var. İnsanlar müxtəlif xəstəlikləri o təbii nemətin köməyi ilə sağaldarlar. Allah-təala bu nemətləri Azərbaycandan da əsirgəməyib. Turşsu, İstisu kimi səfalı sularımızın şəfaverici xüsusiyyətləri ölkəmizdən kənarda da məşhurdur.

Sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun. Su ilə bağlı bayatılarda insanlar öz hisslərini, hətta keçirdikləri həsrəti, qəmi dilə gətirərək sanki Tanrının bu nemətindən dərdlərinə əlac istəyirlər. Su ilə bağlı tapmacalarda da qədim insanların təfəkkürü, düşüncə tərzi, maraq dünyası var. Yığcam və lokonik bilməcələrin hər biri qədim insanın ağlı, dərrakəsi, tapıntısı qarşısında bu gün də müasir nəsli heyrətdə saxlayır: "Adam deyil hey qaçır, meşə deyil səs salır" (çay), "Yer altında yaz gedir" (su), "Bir atım var alaca, özü gedər, yəhəri qalar" (açması körpü altında su).

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər. Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Həqiqətən də, çox gözəl deyimdir, həm də məntiqli düşünülübdür. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də bulaqların aynasında güzgülənən sevdası daha təmiz və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız...", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın". Su ilə qarşılayıb su ilə yola salmaq bir ənənədir. Aşıq Ələsgər məşhur qoşmalarının birində bildirir ki, "Çərşənbə günündə çeşmə başında" bir alagöz gözələ vurulub. Çox güman ki, bu da Novruz mərasiminin elə Su çərşənbəsi ilə əlaqədar keçirilən təntənə ilə bağlıdır.

Beləliklə, əziz oxucular, elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan Su çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə onu Novruz çərşənbələrinin gözəli adlandırmayıblar. Biləsiniz ki, bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayırıq sizlərə! Onu da unutmayın ki, Kiçik Çillə nə qədər soyuq üzünü bozardıb yurdumuza ağ örpəyini sərsə də, Novruz çərşənbələrinin gəlişi onun buz bağrını yaracaq, tündməcazlığının şaqqı sınacaq. Qar-qış əriyib suya dönəcək...




--------------------Su çərşənbəniz mübarək----------------------

Hörmətli istifadəçi, Siz saytda qeydiyyatda deyilsiniz. Zəhmət olmasa bütün ERA əhli adından xahiş edirik ki, geri qayıdıb saytdan qeydiyyatdan keçəsiniz.

Paylaş




Yazılan şərhlər:

İstifadəçi
Xəbərləri: 0
Şərhləri: 2
    # 38

kortikams      –    24 Fevral 2012 07:29

moi poiskovic bing27.com
--------------------
moi poiskovic bing27.com
Kraliça
Xəbərləri: 43
Şərhləri: 4363
    # 37

A_A_ERA      –    23 Fevral 2012 23:01

tebriklere mende qosuluram haminizin qarsidan gelen Novruzu mubarek a087
Peppi
sabun yaxwidir Atirsan yariwir sifetinin ortasina. Ozu de 72%-lik paltar sabunu.
a044


Sitat: ERA_Azer
qarsidan gelen novruz bayraminizi tebrike edirem

coxsagolun sizinle bahem az01
--------------------
WwW.BizimEra.Tv
WwW.BizimEra.Com
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 36

urek      –    23 Fevral 2012 21:18

ERA_Azer,
sizle bahem)))
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Imperator
Xəbərləri: 221
Şərhləri: 8515
    # 35

IMPERATOR ATILLA      –    23 Fevral 2012 18:17

ERA_Azer,
səninlə bahəm qaqaş
--------------------
Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin ki kimi itirdiyini dərk etsin
Adminstrator
Xəbərləri: 252
Şərhləri: 2018
    # 34

ERA_Azer      –    23 Fevral 2012 12:05

qarsidan gelen novruz bayraminizi tebrike edirem
--------------------
P.S. Fb.BizimERA.Tv - BizimERA.Tv saytının Facebook səhifəsini əgər bəyənsəniz, BƏYƏNDİM eləyərsiniz
Imperator
Xəbərləri: 221
Şərhləri: 8515
    # 33

IMPERATOR ATILLA      –    22 Fevral 2012 23:34

urek,

)))))))))))))))
--------------------
Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin ki kimi itirdiyini dərk etsin
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 32

urek      –    22 Fevral 2012 21:28

Peppi Dlinniyculok,
yene kimi sulamisan?

IMPERATOR ATILLA,
biz senin ucun en yaxwisini tewkil eliyerik... orda sudyaliq edersen.. ok???
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Meyxanaçı
Xəbərləri: 1
Şərhləri: 462
    # 31

fezail meyxana      –    22 Fevral 2012 21:07

bu nediye men hecne anlamiramda bundan neye lazimdiki mu ? a104 qapini acin gelsin
Sayt nəzarətçisi
Xəbərləri: 437
Şərhləri: 8920
    # 30

Peppi Dlinniyculok      –    22 Fevral 2012 02:27

Hemiwe temizlikde a031
--------------------
В душе дождь, в глазах улыбка
в сердце боль, на лице покой.
и никто не узнает, какая пытка,
всю жизнь перед вами быть такой...
Imperator
Xəbərləri: 221
Şərhləri: 8515
    # 29

IMPERATOR ATILLA      –    21 Fevral 2012 23:57

urek,
EYBI YOOX)))))
--------------------
Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin ki kimi itirdiyini dərk etsin
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 28

urek      –    21 Fevral 2012 18:49

IMPERATOR ATILLA,
teesufki bir az gec qaldin..
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Imperator
Xəbərləri: 221
Şərhləri: 8515
    # 27

IMPERATOR ATILLA      –    21 Fevral 2012 18:47

urek,
niy' --uje dava qutardı gecikdim yəqin)))))))))
--------------------
Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin ki kimi itirdiyini dərk etsin
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 26

urek      –    21 Fevral 2012 18:43

IMPERATOR ATILLA,
hmm.. bagiwla ama eliye bilmeyeceksen:)
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Imperator
Xəbərləri: 221
Şərhləri: 8515
    # 25

IMPERATOR ATILLA      –    21 Fevral 2012 18:42

urek,
BİLİRƏM ZARAFATDI---mən sadəcə SUDYA lıq eleımək istəyirdim))))))))
--------------------
Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin ki kimi itirdiyini dərk etsin
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 24

urek      –    21 Fevral 2012 18:39

IMPERATOR ATILLA
yox Allah elemesin men peppinin xetrini cox isteyirem,, biz sadece burda zarafatdawirdiq..
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Imperator
Xəbərləri: 221
Şərhləri: 8515
    # 23

IMPERATOR ATILLA      –    21 Fevral 2012 18:37

firudin,
seninlə bahəm--qaqaş---------


Sitat: Peppi Dlinniyculok
Ozu de 72%-lik paltar sabunu.


deyəsən 3cü düntya muaharibəsi başlayacaq öz də sabunla------özü də yumurtalı paltar sabunuyla)))))))))
--------------------
Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin ki kimi itirdiyini dərk etsin
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 22

urek      –    21 Fevral 2012 18:36

firudin,
twk.. sizle bahem.. biz yaxwi siz necesiz?
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Jurnalist
Xəbərləri: 121
Şərhləri: 2290
    # 21

firudin      –    21 Fevral 2012 18:34

su cersenmebiz mubarek usaqlar necesuz az27 23 bayramdi bu gun? 23 ne yaxsi hemise suyunuz bol olsunnn
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 20

urek      –    21 Fevral 2012 18:07

Peppi Dlinniyculok,
gelen sefer bawina geler..
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Sayt nəzarətçisi
Xəbərləri: 437
Şərhləri: 8920
    # 19

Peppi Dlinniyculok      –    21 Fevral 2012 18:05

Uzume gelib RA0083
--------------------
В душе дождь, в глазах улыбка
в сердце боль, на лице покой.
и никто не узнает, какая пытка,
всю жизнь перед вами быть такой...
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 18

urek      –    21 Fevral 2012 18:03

Peppi Dlinniyculok,
hmmm. deyesen senin bawina gelib ondan bilirsen??
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Sayt nəzarətçisi
Xəbərləri: 437
Şərhləri: 8920
    # 17

Peppi Dlinniyculok      –    21 Fevral 2012 18:01

sabun yaxwidir a114 Atirsan yariwir sifetinin ortasina.az09 Ozu de 72%-lik paltar sabunu. 45
--------------------
В душе дождь, в глазах улыбка
в сердце боль, на лице покой.
и никто не узнает, какая пытка,
всю жизнь перед вами быть такой...
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 16

urek      –    21 Fevral 2012 17:57

Peppi Dlinniyculok,
yox wanpuanla
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Sayt nəzarətçisi
Xəbərləri: 437
Şərhləri: 8920
    # 15

Peppi Dlinniyculok      –    21 Fevral 2012 17:55

az09 a114Nece vereceksen sabunla? a014
--------------------
В душе дождь, в глазах улыбка
в сердце боль, на лице покой.
и никто не узнает, какая пытка,
всю жизнь перед вами быть такой...
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 14

urek      –    21 Fevral 2012 17:31

peppi problem yoxdu... ama onu bil mende qarwiligini verecem..

IMPERATOR ATILLA,
twk..
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
Imperator
Xəbərləri: 221
Şərhləri: 8515
    # 13

IMPERATOR ATILLA      –    21 Fevral 2012 17:10


urek,
SKAZKA,
sizinlə bahəm
--------------------
Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin ki kimi itirdiyini dərk etsin
Sayt nəzarətçisi
Xəbərləri: 437
Şərhləri: 8920
    # 12

Peppi Dlinniyculok      –    21 Fevral 2012 17:06

a114 gel bu munasibetle seni sulayim 288
--------------------
В душе дождь, в глазах улыбка
в сердце боль, на лице покой.
и никто не узнает, какая пытка,
всю жизнь перед вами быть такой...
V_I_P
Xəbərləri: 62
Şərhləri: 1197
    # 11

SKAZKA      –    21 Fevral 2012 17:04

Tesekkurler Imperator Atilla RA0072
--------------------
The DJ’s playing the same song
I have so much to do
I have to carry on
I wonder if this grief will ever let me go
I feel like I am the king of sorrow, yeah
The king of sorrow...
GOLD
Xəbərləri: 68
Şərhləri: 925
    # 10

urek      –    21 Fevral 2012 17:00

her bir kesin su cerwenbesi mubarek....
--------------------
her bir kes sevmeli ve sevilmelidir...
İstifadəçi
Xəbərləri: 0
Şərhləri: 377
    # 9

Tenbel Qiz      –    21 Fevral 2012 16:54

era25
--------------------
Sessiz olun
1 2
Əvvəlki     Sonrakı

Şərh yaz

Adınız:*
E-Mail-iniz:*
Mətn:
Şəkildəki kodu yaz:*
`

Qeydiyyat

Saytda kim var?



Hal-Hazırda:
İstifadəçilər: 4
ERA_A_A kungfupanda1
provided134 sidewiki130

Robot: 4
GooglebotYandex
Baidu SpiderGooglebot-Image

Qonaqlar: 196
Ümumi: 204

Son 20 İstifadəçi:
İstifadəçi: 20
Agennaher babylove9x0
berkut515 Buxalter
champosta CoxLootly
ERA_A_A FittyVeilla
folis Gul_
jeferson mmseserynv
nydilixs Sanchezlqtz0
Sanchezmsdz2 SuleymanLOKBATANLI
wallkot x325
x5orcaba3 Yreplicawatch10


Avropa.az


30 - Azəri mp3


Ravin


Meyxana.biz


Hara səyahət etmək istəyirsən?


Reklam


Saray.az


Avropa.Az Radio



Facebook Səhifəmiz


Qan yaddaşımiz

 Xocavənd - 08.02.1992
 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Kəlbəcər - 06.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cebrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 25.10.1993


Sorğu

Ən çox hansı janrda musiqini dinləyirsiniz?


Fərqi yoxdu
RAP
Meyxana
Pop
Rock
Klassik
R & B
Jazz
Disco
Trance
Techno
Symphony
Reggae
Instrumental

Bizim ERA ailəsi


Bizim ERA da Albomlar




Reperik.biz

Pasteright © 2011 www.reperik.biz Bütün hüquqlar qorunur.


Təqvim


«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

HAVA HAQQINDA

VALYUTA

Reklam

Ayın İstifadəçiləri

Müəlliflər:

AYSUN_
Xəbər sayi: 28
 
IMPERATOR ATILLA
Xəbər sayi: 18
 
BizimERAproduction
Xəbər sayi: 13
 
BizimEraProduction
Xəbər sayi: 13
 
_ROMA79_
Xəbər sayi: 9
 

Şərhçilər:

IMPERATOR ATILLA
Şərh sayi: 221
 
ERA MELEYIM
Şərh sayi: 189
 
Peppi Dlinniyculok
Şərh sayi: 182
 
AYSUN_
Şərh sayi: 115
 
urek
Şərh sayi: 88
 

Эльдар Далгатов


Muğan Bank


Bizim ERA Studio


Meyxana


Reklam


Bizim ERA SoundTrack


Əlaqə


Saytda reklam yerləşdirmək üçün
E-mail: sesyazma@mail.ru
MSN: sesyazma@mail.ru
Əlaqə Tel: (+994)-055-625-57-22