» » Qurban Bayramınız Mübarək.!
Qurban Bayramınız Mübarək.!

Qurban bayramı
– İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Orucluq ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban kəsilib kasıblara paylanılır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda ALLAH-təala İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların ALLAHA inamını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi ALLAHIN əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
ALLAHA qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca ALLAH bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını ALLAH yolunda qurban verməyə hazır olması peyğəmbərin ALLAH qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə ALLAHA inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar ALLAHI sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda ALLAHI da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Qurani Kərimdə müqəddəs Qurban bayramı barədə:
"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – ALLAH üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, ALLAHIN onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər" kimi münasibətlər göstərilir.
Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".

Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "ALLAHA nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
İnsan ALLAHIN yaratdığı ən şərəfli və ən üstün məxluqdur. ALLAH özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

Şərtləri:

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.
Bu bayramın əsas mahiyyəti ALLAH yolunda kəsilmiş qurbanlıq heyvanın ətini ALLAHIN imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və ALLAHA inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurban və onun hökmləri
1. Qurban kəsmənin ibadət olduğuna dair dəlillər:
"Rəbbin üçün namaz qıl və qurban kəs!"
("əl-Kövsər" surəsi, 2-ci ayə)

"De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi ALLAH üçündür".
("əl-Ən'am" surəsi, 162-ci ayə)

"Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, ALLAHIN onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər ("bismilləh" desinlər) "
( "əl-Həcc" surəsi, 34-cü ayə)

2. Qurbanın tərifi:
Qurban bayramı münasibətilə qurban günlərində (zi-l-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədilə kəsilən heyvan.

3. Qurbanın hökmü:
Təkid olunmuş (vacibə yaxın olan) sünnədir.

4. Qurban kəsilməsinin icra vaxtı:
Ay təqvimi ilə zi-l-hiccə ayının 10-u bayram namazından sonra başlayıb zi-l-hiccənin 13-ü gün batana qədərdir.
Qeyd: Qurbanı bu günlər əsnasında gecə vaxtı da kəsmək olar.

5. Qurbanlıq mal-qara:
Dəvə, öküz, keçi, qoç və ya qoyun.
Qeyd: 7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir.

6. Qurbanın qəbul olunmasının iki şərti:
a) İxlas: yəni, bu ibadət yalnız ALLAH üçün olmalı; b) Mutəbəa: yəni, Peyğəmbərin (Ona və ailəsinə ALLAHIN xeyir-bərəkəti və salamı olsun!) etdiyi kimi olmalıdır.

7. Kəsilən qurbanlıq üçün qoyulan şərtlər:
a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır; b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. Xoruz, dovşan və s.olmamalıdır; v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni:
- dəvə: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç və ya qoyun: 6 aylıq.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərdən də, çox yaşı olan heyvanı qurban kəsmək olar.
q)kəsilən heyvanlarda təkgözlük, axsaqlıq, xəstəlik, zəiflik və arıqlıq kimi eyiblər olmamalıdır.

8. Qurban kəsilərkən riayət olunan şərtlər:
- qurban həddi-büluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir;
- qurban kəsən şəxs müsəlman olmalıdır;
- qurbanı kəsmək üçün niyyət olmalıdır;
- qurban yalnız ALLAH üçün kəsilməlidir;
- qurban kəsdikdə ALLAHIN adı çəkilməli, yəni "bismilləh" deyilməlidir;
- qurban ALLAHDAN qeyrisinin adı ilə kəsilməməlidir;
- qurban, kəsici iti alətlə kəsilməlidir;
- qurban şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır;
- qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır;
Qeyd: Bu şərtlərdən birinə riayət olunmazsa qurban qəbul olunmur.

9. Qurban kəsildikdə müstəhəb (bəyənilən) əməllər:
- qurbanı qibləyə tərəf döndərmək;
- qurbanı səliqəli və rahat şəkildə kəsmək;
- dəvəni ayaq üstə, öküz və qoçu isə uzanan yerdə kəsmək;
- bıçağı kəsilən heyvana göstərməmək;
- "bismilləh" dedikdən sonra "ALLAHU Əkbər" demək;
- qurbanın qəbul olunması üçün dua etmək;
- qurbanın kim tərəfindən kəsildiyini dillə tələffüz etmək;
Qeyd: Bu əməllərdən hər hansı birini tərk etmək qurbanı batil etmir.

10. Qurban kəsildikdə məkruh (bəyənilməyən) əməllər:
- bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
- bir heyvanın gözünün qabağında o birisini kəsmək;
- kəsilmiş heyvanın canı çıxmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək;

Qeyd: bu əməllərdən hər hansı birini etmək qurbanı batil etmir.

Bütün Müsəlman əhli və Azərbaycan xalqını Qurban Bayramı Münasibəti ilə Təbrik edirəm.

ALLAH bütün Qurban kəsənlərin qurbanlarını qəbul eləsin.


Bu bayram münasibəti ilə, sizləri təbrik edirik,Tanrı kəsdiyiniz Qurbanları qəbul etsin, bu qurban ruzinizin, bərəkətinizin daha da çoxalmasına səbəb olsun.
Bayramınız mübarək olsun BiG.Az əhli,bütün insanlar, İslam dünyası, ümumilikdə bütün kainatımız
Qurban Bayramınız Mübarək.!


Capa ver

Jurnalist
Xəbərlər: 149
Şərhlər: 715
ERA_A_A  -   -  5 ноября 2011 14:18
 
1
Haminizin Qurban Bayramini tebrik edirem az01
Allah qurbanlarinizi qebul etsin 124


--------------------  imza  ------------------

ღ Qəlbi qırıldıqdan sonra istənən üzr doydudan sonra süfrəyə gələn duz kimidir...Ehtiyac qalmaz...ღ52bb

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Baş Redaktor
Xəbərlər: 3359
Şərhlər: 1953
Gul_  -   -  5 ноября 2011 14:56
 
2
Coxsagol ERA_A_A a006
mende her kesin bayramini tebrik edirem a168


--------------------  imza  ------------------

♠♠Yaşı Neçə olursa Olsun Heç Fərq Etməz, Hər İnsanın Sinəsinə Başını Qoya biləcəyi Bir Anaya ehtiyacı Vardır..

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 1
Şərhlər: 462
fezail meyxana  -   -  5 ноября 2011 14:59
 
3
herkesin bayramini tebrik edirem

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 2
Şərhlər: 1270
vusal hebibli  -   -  5 ноября 2011 14:59
 
4
her kese tebrikler

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 1
Şərhlər: 462
fezail meyxana  -   -  5 ноября 2011 15:00
 
5
salamlar hamiya vusal qaqa necesen

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 2
Şərhlər: 1270
vusal hebibli  -   -  5 ноября 2011 15:01
 
6
sag ol qaqa sen necesen

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

SILVER
Xəbərlər: 12
Şərhlər: 378
Agilsiz Alim  -   -  5 ноября 2011 15:06
 
7
Bayramınız mübarək olsun bütün insanlar, İslam dünyası, ümumilikdə bütün kainatımız????

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 1
Şərhlər: 462
fezail meyxana  -   -  5 ноября 2011 15:07
 
8
gorursende neceyem deli elinde yaxam qalib

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

SILVER
Xəbərlər: 12
Şərhlər: 378
Agilsiz Alim  -   -  5 ноября 2011 15:08
 
9
hmm.. men de oz adimdan her kesi tebrik edirem.. ama mence quru tebrikdense sayt adindan ya qocalar ya da uwaqlar evine 15-20 nefer yigiwib gede bilerdi.. hereye 10 ca manat qoyub wirniyyat mer meyve alinsaydi da onlarin uzunu guldurmeye yeterdi))

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 2
Şərhlər: 1270
vusal hebibli  -   -  5 ноября 2011 15:09
 
10
ele mende zibilde teze qurtarmisam
sayta qiz qatigladi hemen soz

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 1
Şərhlər: 462
fezail meyxana  -   -  5 ноября 2011 15:10
 
11
vusal o dosanlardan bir xeber cixmadi axi

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

İstifadəçi
Xəbərlər: 0
Şərhlər: 35
Ekber_Rasimoglu  -   -  5 ноября 2011 15:11
 
12
Vusal bidene saoluva bax fezailin sifetineee

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Imperator
Xəbərlər: 485
Şərhlər: 11403
IMPERATOR ATILLA  -   -  5 ноября 2011 16:33
 
13
Sitat: ERA_A_A
Haminizin Qurban Bayramini tebrik edirem Allah qurbanlarinizi qebul etsin

-tesekkur------

QURMAN bayraminiz mubarek------


--------------------  imza  ------------------

Pulunla şərəf qazanma şərəfinlə pul qazanki, pulun qutardığında şərəfin qutarmasın.
atli8

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Jurnalist
Xəbərlər: 60
Şərhlər: 827
pervin_111  -   -  5 ноября 2011 18:25
 
14
ALLLAH RAZI OLSUN A_A_ERA


--------------------  imza  ------------------

Arxamdan danışmağa davam et.
"Çünki qarşıma çıxacaq qədər böyük deyilsən"

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Jurnalist
Xəbərlər: 63
Şərhlər: 530
larisa  -   -  5 ноября 2011 23:15
 
15
butun era qizlarini oglanlarini tebrik edirem bayram munasibetile


--------------------  imza  ------------------

MƏNIM YOLUMU KƏSMƏYƏ ÇALIŞSAN SƏNİN YOLUNDA NƏ İRƏLİ NƏ DƏ GERİ YOL OLMAYACAQ , ÇÜNKİ ARTIQ MƏN SƏNİN YOLUNU KƏSMİŞƏM Kİ, BUNA CƏHD EDİRSƏN!!

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

GOLD
Xəbərlər: 0
Şərhlər: 947
eminem89  -   -  6 ноября 2011 01:17
 
16
tebrik edirem qurban bayramivizi

tebrik edirem qurban bayramivizi

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

V_I_P
Xəbərlər: 144
Şərhlər: 2555
neyna  -   -  6 ноября 2011 21:18
 
17
Qurban bayraminiz mubarek!

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Meyxanaçı
Xəbərlər: 2
Şərhlər: 1270
vusal hebibli  -   -  7 ноября 2011 01:07
 
18
qardasim hecne gormedim

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Sayt nəzarətçisi
Xəbərlər: 460
Şərhlər: 8811
Peppi Dlinniyculok  -   -  8 ноября 2011 11:57
 
19
era12az42Kesilen qurbanlarinizi Allah qebul elesina081era12


--------------------  imza  ------------------

peppi1

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline

Göydəndüşmə
Xəbərlər: 19
Şərhlər: 286
Goydenduwme  -   -  9 ноября 2011 16:07
 
20
az17Bicagi heyvana gostermeyin esitdiz? 15az18


--------------------  imza  ------------------

Yerdə gəzmək çətindir

Şərh Madallari: == >  < == Şərh Madallari

İstifadəçi Offline
alert Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.