|
|
|||
|
|
|||
![]() ![]() Kabab salatı 3 ədəd pomidor 3 ədəd badımcan 3 ədəd bolqar bibəri 100 qr ağ pendir Keşniş Şüyüd Yaşıl soğan Badımcan,pomidor,bolqar bibəri sobada bişirilir.Daha sonra qabığları soyulur və əzilir. Icərisinə doğranmış pendir,habelə göyərtilər qatılır.üzərinəbir az bitki yağı da qatıb nuş edə bilərsiz! ![]() 10 nəfərlik kökə Kökə 1 ədəd yumurta 1 stəkan qatıq 100 qr şəkər tozu 1 stəkan un ![]() 20 nəfərlik peçenye 1 STƏKAN QATIQ 2 ƏDƏD YUMURTA 2 STƏKAN ŞƏKƏR TOZU 1 KQ. UN 1 STƏKAN DURU YAĞ ÇAY SODASI VƏ VANİL Adları sadalanan ərzaqların hamısını qarışdırıb bərk xəmir yoğururuq. Daha sonra onu ət maşınından keçiririk ovuc içi boyda hissələrlə onu götürüb sobanın listinə düzürük. Üzərinə yumurta çəkib 180 dərəcədə 20 dəqiqə bişməyə qoyuruq. Nuş olsun! ![]() dadlı və fərqli qəlyanaltı 4 ədəd lavaş 200 qr kələm 1 ədəd badımcan 1 ədəd bibər 1 ədəd yumurta Suxari Əvvəlcə kələm və badımcanı nazik və uzunsov formada doğrayıb yağda qovururuq.Kələm dolmalıq kələm olmalıdır ki,tez bişsin.Daha sonra 1 ədə bolqar bibərini doğrayıb üzərinə əlavə edirik.Hazır olandan sonra lavaşın arasına qoyub bükürük.Bükülən yarımfabrikatı yumurtaya daha sonra suxariyə batırıb yağda qızardırıq!Nuş olsun! ![]() “Xəzan” salatı 2 ədəd bişmiş kök 3 ədəd soyutma yumurta 300 qr toyuq əti 100 qr tez hazırlanan vermişel 100 qr mayonez 3 diş sarımsaq Hamısini qarışdırırıq və yarım saatlıq soyuducuya qoyuruq. Nuş olsun! ![]() TOMAT ŞORBASI 50 QR KƏRƏ YAĞI 1 ƏDƏD POMİDOR 50 QR HOLLAND PENDİRİ 1 XÖRƏK QAŞIĞI UN 1 XÖRƏK QAŞIĞI TOMAT SU QIŞ MÖVSÜMÜNDƏ IMMUN SISTEMINI DAHA DA GÜCLƏNDIRMƏK LAZIMDIR. BELƏ OLAN HALDA SİZ HƏM DƏ ORQANİZMİN SOYUQDƏYMƏYƏ QARŞI MÜQAVİMƏTİNİ ARTIRMIŞ OLACAĞIQ. NƏZƏRƏ ALSAQ Kİ, SAĞLAMLIĞIMIZ DÜZGÜN QİDALANMAQDAN BAŞLAYIR O ZAMAN GƏRƏK RASİONUMUZA DİQQƏT YETİRƏK. BUNUN ÜÇÜN ÇOX PUL XƏRCLƏMƏK LAZIM DEYİL. MİSAL ÜÇÜN 47 QƏPİYƏ 3 NƏFƏRLİK ŞORBA HAZIRLAYA BİLƏRSİZ. TÜRK ŞORBASININ HAZIRLANMASI ÜÇÜN 1 XÖRƏK QAŞIĞI UNU TAVADA QOVURURUQ VƏ ÜZƏRİNƏ 1 XÖRƏK QAŞIĞI TOMAT ƏLAVƏ EDİRİK. YAXŞICA QOVURDUQDAN SONRA ÜZƏRİNƏ 1 STƏKAN BULYON ƏLAVƏ EDİRİK. BU ARADA O AZ DƏRƏCƏDƏ QAYNAYIR, SİZ İSƏ 1 ƏDƏD POMİDORU XIRDA-XIRDA DOĞRAYIB HƏMİN ŞORBAYA QATIRSINIZ. SÜFRƏYƏ TƏQDİM EDƏN ZAMAN ONUN ÜZƏRİNƏ BİR AZ SÜRTGƏCDƏN KEÇİRİLMİŞ HOLLAND PENDİRİ VƏ QIZARDILMIŞ ÇÖRƏK QURUSU ƏLAVƏ EDİRSİNİZ. NUŞ OLSUN! ![]() Gurze Qiymə üçün - Yarım kq Ət ( mal və ya qoyun) 1 ədəd orta baş soğan, duz, istiot, 2 çimdik darçın və sarıkök. qatıq. Xəmir üçün - Un, azca duz və su nə qədər apardı. Un hardasa iki əlimin ovcu ilə iki dəfə qaba tökürəm. Hazırlanma qaydası - Əti və soğanı ət maşınından çəkirik və qarışdırırıq. Tavaya yağ töküb, əti yaxşı- yaxşı qovururuq. Bişənə yaxın duz, istiot vururam. Dada və ətirə görə isə darçın və sarıkök vururam. Qoyduq əti qırağa. Keçirik xəmirə. Una duz vurub, su ilə yoğururuq. Yumşaq xəmir alınır, xəmir bərk olmamalıdı, yumşaq, azca ələ yapışan. Ayırıq 3 kündəyə. Hər kündəni oxlovla nazik yayırıq, stəkanın ağzı ilə yumru dairələr kəsib, hər dairənin içinə ətimizi qoyuruq. Hardasa bir çay qaşığı. Ağzını bağlayırıq, dalğavari forma veririk. Asta -asta beləcə Gürzələrimiz hazır olur. Belə balığa oxsayırlar lap.Sonra qazanda su qaynadırıq, suya duz əlavə edib ( su şor olsun ), balıqlarımızı buraxırıq suya. Gürzələr bişəndə suyun üzünə qalxır, çalışın çox qaynatmayın, yoxsa xəşil olar, zəhmətiniz heç olar. Suyunu süzüb, nimçələrə veririk, hardasa adama 20 - 24 ədəd düşür. Üstünə darçın səpirik,sərmisaqlı qatığı da üstünə töküb, ləzzətlə vururuq bədənə. İsti- isti yemək lazımdı, tez soyuyur çünki, soyuyanda da ki, dadı heç nə olur. ![]() TOYUQ FiLESİNDƏN KOTLET" 500 qr file 2 yumurta 1 soğan (normal) duru yağ duz, istiot Soğan, fle xırda doğranır, yumurta, duz istiot əlavə olunub qarışdırılır. Qaba duru yağ töküb, kotlet kimi edib qızardılır. ![]() LAVAŞ ARASI 2 soğan 2 bibər 1 kök 4 pomidor 300 qr toyuq flesi göyərti zövqə görə lavaş (istənilən qədər) Hamısı xırda doğranır. Əvvəl soğan xırda doğranır, qızılı rəng alana qədər qızarılır, bibərlə kök əlavə olunur, bir az qarışdırılır (3-4 dəq.). pomidor (qabığını təmizləsəz daha yaxşı olar), sonrada fleni əlavə edib pomidorun suyunda toyuq bişənə qədər bişirilir..... Lavaşın ortasına töküb məktub şəklində büküb, tavanı qızdırıb, bir az yağ töküb qoyuruq qızarsin. DAVAMI VAR.....
|
![]() |
İnformasiya Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz. |





































